Türkiyə XİN Bakıda baş verən partlayışla bağlı bəyanat yaydı
Kateqoriya məlum deyil
"Dünən gecə saatlarında Bakının mərkəzində baş verən partlayış nəticəsində ölən və yaralananlar olduğu haqqında aldığımız məlumat bizi dərindən kədərləndirib".
Bu barədə Sfera.az-a Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Bəyanatda qeyd olunub ki, Türkiyə azərbaycanlı qardaşlarının hüznünə şərikdir: "Hadisə zamanı həyatını itirənlərə rəhmət, yaralılara isə şəfa diləyirik".






