Logo

Sarkisyan üçün YOLUN SONU: Putin Moskvada onu nəyə məcbur edəcək?

Sarkisyan üçün YOLUN SONU: Putin Moskvada onu nəyə məcbur edəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Avqustun 8-də Bakıda Putinlə İlham Əliyevin görüşündən sonra Moskvaya dəvət olunan Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi çərçivəsində güzəştlər haqqında konkret vədlər verməyə məcbur ediləcək”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd” qəzeti yazıb.

Qəzet qeyd edir ki, İrəvanda baş verən qiyam Qarabağ münaqişəsi ətrafında danışıqları təxirə salmışdı: "Lakin indi Sarkisyan Moskvaya gedir və Kreml ondan vədlər gözləyir”.

Qeyd edək ki, Putin avqustun 8-də Bakıda Prezident İlham Əliyev və İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Avqustun 9-da Sankt-Peterburqda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla bir araya gələcək. Ondan bir gün sonra – avqustun 10-da isə Serj Sarkisyanı qəbul edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR