Logo

“Rusiya güzəştə getməsə..." - PROQNOZ

“Rusiya güzəştə getməsə..." - PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Rusiya Ukraynada məğlub olarsa, Putin növbəti seçkilərdə iştirak etməyəcək”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki,  Kremlə yeni komanda gələrək Qərblə anlaşmaya getməsi mümkündür:

"Belarusda baş tutacaq Ukrayna və Rusiya danışıqlarının müsbət nəticələnməsi, Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi də gözlənilmir. Çünki  NATO  və  Avropa dövlətləri bundan sonra, Ukraynaya müxtəlif növ silahlar və həmin silahları  istifadə edəcək peşəkar hərbiçilər göndərir. Rusiya üçün geri sayım başlayır - hər gün Ukryanada verdiyi itkilər siyasi məğlubiyyətdir”.

Politoloq əlavə edib ki, Ukraynanın Belarusda danışıqlara getməsi, Kiyevin güzəşti sayıla bilər:

"Rusiya güzəştə getməsə, ordusunu bu ölkədən çıxarmasa, ağır durumla üzləşməsi davam edəcək. Ukrayna Qərbin dəstəyini alaraq danışıqlara gedir. Ona görə də hazırda siyasi-hərbi və psixoloji üstünlük Ukrayna tərəfdədir və danışıqlarda Kiyev şərtlər irəli sürəcək”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR