"Rusiyaya sanksiyaların qoyulması prosesi yavaş gedəcək" - SƏBƏBLƏR
Sfera.az bildirir ki, bunu Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynli deyib. Onun sözlərinə görə, ABŞ-ın əsas hədəfi sanksiyaları Avropa və başqa müttəfiqlərlə birgə qoymaqdır və proses yavaş gedəcək:
"Artıq əsas dövlət bankları və şirkətlərinə ilk ağır sanksiyalar qoyuldu. Əsas problem Almaniya və İtaliyadır. Razı olmurlar ki, Rusiya ilə aparılan neft-qaz ödəmələrinə sanksiya qoyulsun. İngiltərə və Amerika nə qədər təzyiq etsə də, hələ razılıq əldə edilməyib. İngiltərə bu mövzuda əlindən gələni edir. SWIFT ətrafında müzakirələr gedir. Əslində SWIFT olmadan da edə bilər, amma hələ etmək istəmir. Çünki etsə, deməli Avropa ilə fikir ayrılığı var və bunu Çin də not edəcək. Əlbəttə, Çinin necə davranacağı da önəmlidir”.
F.Hüseynli bildirib ki, indiki hökumətin yanaşması kollektiv qərar almaqdır və ona görə gecikirlər:
"Digər tərəfdən ola bilsin, Çinlə danışıqlar gedir. Yəni sanksiya məsələsinin kökü budur. Ümid edək ki, əvvəl-axır ya Avropadakı iki-üç ölkəni yola gətirib hamılıqla tətbiq edəcəklər, ya da artıq təktərəfli daha sərt sanksiyaları qoyacaqlar. Sanksiyaları həmişə artırıb sistemi tam qurutmaq olar. "Dörd aydır hücumu və ssenariləri dəqiqliklə demişdilər, niyə bu proses o vaxtdan başlamadı?” da sual oluna bilər. Çünki Avropada buna inanmırdılar. Makron son günlərə qədər sülh danışığı aparırdı, qalanları da inanmırdı”.
Günay Rəsulqızı
Sfera.az






