Logo

Politoloq: "Bunu Şuşa Bəyannaməsinin davamı adlandırmaq olar"

Politoloq: "Bunu Şuşa Bəyannaməsinin davamı adlandırmaq olar"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı.

Bununla bağlı Sfera.az-a açıqlama verən "Qafqaz: əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq Anar Əliyev bildirib ki, Qərb dövlətlərinin ölkəmizdəki uzantılarının iddialarının əksinə, Bəyannamədə Azərbaycanı əsarətə, Rusiya vassallığına aparacaq nəinki bir bənd, tək bir ifadə belə yer almayıb:

"Əksinə, Bəyannamə başdan-başa Azərbaycan maraqlarının qorunmasına, sərhədlərimizin və ərazi bütövlüyümüzün toxunulmazlığına, dövlət suverenliyimizə kənar müdaxilələrin qarşısının alınmasına, siyasi, iqtisadi, diplomatik, ticari, mədəni əlaqələrin yüksəldilməsinə xidmət edir. İlk oxunuşda sənəd demək olar, Azərbaycan maraqlarının qorunmasına xidmət edən və bu xidməti rəsmiləşdirən akt təəssüratı yaradır. Azərbaycan maraqlarının təmini baxımından Moskva Bəyannaməsini Şuşa Bəyannaməsinin davamı adlandıra bilərəm.

Hesab edirəm, Putin və dövləti bu bəyanatdan böyük çıxarlar əldə edəcək. Birincisi, postsovet respublikalarının Rusiyanın yanında yer aldığını, müttəfiq olduqlarını dünyaya nümayiş etdirir. İkincisi, qonşu dövlətlərə, xüsusilə keçmiş sovet respublikalarına "özünüzü adekvat aparsanız, qərb dairələrinin oyununda alət olmasanız, sizi də Azərbaycana göstərdiyimiz münasibət və belə bir perspektiv gözləyir", mesajını çatdırır”.

Müsahibimizin sözlərinə görə, Rusiya qərbyönümlü cəmiyyətlərə iki real seçim nümayiş etdirir:

"Qonşusu ilə mehriban və səmimi davranan Azərbaycan və ona göstərilən münasibət; ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı oyununda yer alan Gürcüstan, Ukrayna və onlara göstərilən münasibət. Bir sözlə, mənimlə yanyana olan qazanır, qarşımda olan, rəqiblərimin oyununa gələn isə cəzalandırılır. Baş verən hadisələr bir fikri daha da möhkəmləndirdi: ABŞ-a güvənib Rusiya ilə oynamaq olmaz. Rusiya nə qədər aqressiv və təhlükəli dövlətdirsə, ABŞ və müttəfiqləri bir o qədər qorxaq, qətiyyətsiz və etibarsız tərəfdaşlardır”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR