Logo

Deputatdan ermənilərin təxribatları ilə bağlı SƏRT MÖVQE: "Səbrimiz tükənib"

Deputatdan ermənilərin təxribatları ilə bağlı SƏRT MÖVQE: "Səbrimiz tükənib"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan tərəfi danışıqlar masasında müəyyən öhdəliklər götürsə də, təəssüf ki, proses hələ yekunlaşmayıb. Bu məsələlər müəyyən səbəblərdən uzadılır. Sözügedən ölkədə mövcud revanşist fikirləri təbliğ edən, dəstəkləyən qüvvələr də prosesi əngəlləmək, təxribatlar törətməklə regionda gərginlik yaratmaq niyyətlərini dəfələrlə ortaya qoyublar”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Müsahibimiz bildirib ki, Azərbaycan artıq təxribatlar nəticəsində itkilər vermək istəmir və səbrimiz tükənib:

"Vasitəçi olan tərəflər də bu prosesdə Ermənistana təzyiqi artırmalıdırlar. Qarşı tərəf qısa müddətdə sərhədlərin tanınması – delimitasiya və demarkasiya istiqamətində real addımlar atılması, kommunikasiyaların açılması ilə bağlı ciddi işlərin görülməsi məsələlərini sürətləndirməlidirlər. Azərbaycan istənilən halda sülhün əldə olunması və regionda iqtisadi inkişafın baş tutmasını istəyir. Bu baxımdan biz öz mövqeyimizi açıq-aşkar şəkildə hər tərəfə, o cümlədən Ermənistana bildirmişik”.

Millət vəkili qeyd edib ki, ordumuzda baş verən son islahatlar öz məntiqi nəticəsini və bəhrəsini qısa zamanda verəcək:

"Biz Qarabağ bölgəsində daha da möhkəmlənə biləcəyik. Sərhədboyu artıq bütün strateji nöqtələr Azərbaycan ordusunun nəzarətindədir. Bunu da istər-istəməz qəbul etməyən qarşı tərəf var. Unutmamalıyıq ki, Ermənistan ordusu tam olaraq Paşinyanın nəzarətində deyil, hələ də ordunun içərisində revanşist fikirlərlə yaşayan, müəyyən dərəcədə müxalif qüvvələrə bağlı olan hərbçilər mövcuddur, onlar da dəfələrlə bu təxribatlara yol veriblər.

Xüsusilə, Kəlbəcər istiqamətində bizim mövqelərimizin atəşə tutulduğunun şahidi oluruq. Onlar Azərbaycan ordusunun burada möhkəmlənməsini qəbul etmək istəmirlər və ya təxribatlarla danışıqlar prosesini pozmaq arzusundadılar. Kəlbəcərin nə dərəcədə strateji əhəmiyyətli region və Ermənistanla sərhəd olduğunu hər kəs anlayır. Ona görə də ermənilər məhz həmin ərazini hədəf seçirlər. Bu təxribatlar yalnız Ermənistanın ziyanınadır, onlar danışıqlar prosesini uzatmaqla özlərinə böyük zərbə vururlar”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR