XİN İspaniya ilə diplomatik əlaqələrin 30 illiyi münasibətilə paylaşım etdi
Kateqoriya məlum deyil
Bu gün Azərbaycanla İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində paylaşım edilib.
"Bu münasibətlə İspaniya hökumətinə və xalqına ən xoş arzularımızı göndəririk. Biz əlaqələrimizin daha da güclənməsini gözləyirik”. - paylaşımda bildirilib.






