Logo

Rusiya 20 il ərzində ilk dəfə bu tədbirə qatılmayacaq – Ekspert səbəbləri açıqladı

Rusiya 20 il ərzində ilk dəfə bu tədbirə qatılmayacaq – Ekspert səbəbləri açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

18-20 fevral tarixində Almaniyanın Münhen şəhərində ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Konfransın təşkilatçıları Rusiya Prezidenti Vladimir Putini tədbirə rəsmən dəvət etsə də Kreml rəhbəri konfransa qatılmayacağını bildirib. Beləliklə, Rusiya 20 il ərzində ilk dəfədir ki, rəsmi səviyyədə mötəbər tədbirdə təmsil olunmayacaq.

Maraqlıdır, az qala hər çıxışında Qərbə meydan oxuyan, Ukrayna sərhədinə 100 mindan artıq qoşun yığan, regionda söz sahibi olduğunu idida edən Vladimir Putin hansı səbəbdən təhlükəsizlik konfransında iştirak etməkdən imtina edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı deyib ki, Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik konfransında iştirak etməməsinin səbəbi başda Ukrayna olmaqla son günlər regionda baş verən proseslər ilə əlaqədardır:

"Ukrayna ətrafında baş verən son hadisələr Qərblə Kreml arasında gərginliyi kifayət qədər artırıb. Hansı ki, Rusiya tərəfi açıq-aşkar qeyd etdi ki, ehtimal edilən müharibə zamanı Rusiya Avropaya satdığı qazın nəqlini dayandıracaq. Düşünürəm, Kreml rəhbəri məhz Ukrayna məsələsində Qərbin sərgilədiyi mövqedən narazı və narahatdır. Bu narazılığını da təhlükəsizlik konfransına iştirak etməyərək göstərir.

Digər tərəfdən, konfransa müxtəlif ölkələrdən 600 nəfər qonaq təşrif buyuracaq. Mümkündür ki, Kreml rəhbəri Ukrayna, Avropaya qaz satışı, hətta Abxaziya, Osetiya kimi mövzularda sual bombardmanına tuş gəlməmək üçün konfransda iştirakdan imtina edib”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR