Logo

ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirdi – Gözlənilməz nəticə

ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirdi – Gözlənilməz nəticə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ABŞ-ın Respublika İnstitutu Ermənistanda sorğu keçirib. Sorğunun nəticələrinə görə, ermənilərin yarısına qədəri Türkiyə ilə əlaqələrin qurulmasından ehtiyat edir. Onların fikrincə, Ankaranın "erməni soyqırımı”nı tanıması və Qarabağ məsələsində neytral mövqedən çıxış etməsi halında Ermənistanın Türkiyə ilə münasibətlər qurması mümkün ola bilər”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, ermənilər müharibədə məğlub olublar, gələcəkləri şübhə altındadır, ancaq yenə də qonşuları ilə şərt dili ilə danışırlar:

"Ankara–İrəvan dialoqu başlasa da, sorğuya qatılanların 90 faizi Ermənistan üçün ən böyük təhlükənin Türkiyə olduğunu bildiriblər. Sorğuya qatılan ermənilərin 77 faizi Azərbaycanı Ermənistan üçün təhlükə sayıb. Ermənistan müharibədə Azərbaycana məğlub olub, iki ölkə arasında gərginlik davam edir, ancaq ermənilərin əksəriyyəti Türkiyəni Ermənistan üçün Azərbaycandan daha təhlükəli hesab edir. Buna baxmayaraq, təhlükəli adlandırdıqları ölkə ilə sərhədləri açmaq, diplomatik münasibətlər qurmaq və alış-verişə başlamaq istəyirlər.

Sorğunun Qarabağla bağlı hissəsinə aid cavablar göstərir ki, ermənilər hələ də xülya ilə yaşayırlar. "Qarabağ problemi necə həll olunmalıdır” sualına verilən cavablar içərisində iki variant diqqəti cəlb edib: "Ermənistana birləşdirilməlidir–16 faiz”, "Rusiyaya birləşdirilməlidir-11 faiz”.

Politoloqun sözlərinə görə, ermənilərin Qarabağ "Ermənistana birləşdirilməlidir” sayıqlaması köhnədən var, ancaq "Rusiyaya birləşdirilmə” mövzusu yenidir:

"İkinci Qarabağ müharibəsindən əvvəl ermənilərin heç biri "Qarabağın Rusiyaya birləşdirilməsi” haqqında danışmazdı. Arxayın idilər ki, işğal ömürlükdür. İndi isə ermənilərin bir qismi baş nazirləri Nikol Paşinyan kimi anlayıblar ki, Qarabağ artıq onlarlıq deyil, məsələni "Rusiyaya yükləmək” lazımdır. Kreml Rusiya ətrafındakı bütün separatçıları özününkü sayır. Rusiya hərbçilərinin Qarabağda varlıqları cəmi bir ildən bir az artıq müddəti əhatə etsə də, onların iştirakı ilə onlarla təxribat faktını qeydə almışıq və bunun sonu görünmür. Elə bu günlərdə separatçıların lideri Araik Arutunyanı yenidən Moskvaya çağırıblar. Belə olan halda "11 faizin” haradan yarandığı aydın olur”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR