Logo

Baydendən fərqli olaraq Putinin gündəliyində Qarabağ məsələsi həmişə var... – Şərh

Baydendən fərqli olaraq Putinin gündəliyində Qarabağ məsələsi həmişə var... – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünən Rusiya və Fransa liderləri həm də Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər. Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinin vacibliyini bir daha vurğulayan Putin Baydendən fərqli olaraq mütəmadi olaraq Qarabağı müzakirə edir. Hətta onların may ayında baş tutan telefon danışığında birgə yol xəritəsini müzakirə etdikləri ehtimal olunur”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, həmin telefon danışığından sonra Makron bir qədər sakitləşmiş və absurd bəyanatlardan uzaqlaşmışdı:

"Görünür, Putin həmin vaxt onu arxayın salmışdı. Dünənki danışıqlar zamanı Makron 4 fevral dialoqundakı mühüm məqamlar haqqında Rusiya prezidentinə məlumat verib. Bu arada, erməni kanallarının məlumatına görə, sülhməramlılar Xocavənddə monastıra gedərək erməni keşişin "mühazirəsinə" qulaq asıblar. Bu hərbçilərin siyasi - dini işlərə məşğul olmalarına cəhdlərin davamıdır.

Hesab edirəm ki, Azərbaycanın əsas məqsədi ikinci yolun Xankəndinə tez bir şəkildə çəkilməsi, Ermənistanla yeni münasibətlər mühitinin qurulmasıdır. Məlum məsələdir ki, nə qədər ki, qeyri-qarabağlılar Ermənistanda hakimiyyətdədirlər xankəndi, Ağdərə kimi məsələlər onları maraqlandırmayacaq, əvəzində Qərbə inteqrasiya yolları haqqında fikirləşəcəklər. Qarabağın dağlıq hissəsi mövzusu isə vaxtı gələndə Minsk Qrupunda və ya digər platformalarda deyil, Azərbaycan-Rusiya arasında müzakirə predmeti olacaq”.

Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR