Logo

“Ermənilər heç vaxt işğalçı niyyətlərindən əl çəkməyəcəklər” – Millət vəkili

“Ermənilər heç vaxt işğalçı niyyətlərindən əl çəkməyəcəklər” – Millət vəkili
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Ermənilər hələ də türk dünyasına qarşı düşmənçiliklərini davam etdirirlər. Onlar heç zaman işğalçı niyyətlərindən əl çəkməyəcəklər”.

Sfera.az bildirir ki, bunu deputat Ceyhun Məmmədov deyib. Millət vəkilinin sözlərinə görə, ermənilər bizə qarşı soyqırımlar törətmək üçün yenidən tarixi məqam gözləyəcəklər:

"Məsələn: 1905-1906, 1918, 1948-1952-ci illərdə, eləcə də 1980-ci illərin sonundan başlayaraq 1993-cü ilə qədər millətimizin başına hansı oyunlar gətirildi!? Heç kim düşünməsin ki, sülh müqaviləsi imzalansa, onların bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək. Bəs biz nə etməliyik? Əlbəttə, Ermənistanla sülh müqaviləsini imzalamalıyıq. Sülh müqaviləsində bütün məqamlar nəzərə alınacaq. Bununla bağlı prezident də tapşırıq verib və mühüm işlər gedir”.

C.Məmmədov qeyd edib ki, Azərbaycanın edə biləcəyi bütün məsələlər sülh müqaviləsində öz əksini tapacaq:

"Biz sülh müqaviləsini imzalayacağıq, amma problemlər tam həll olunmayacaq. Ona görə də ilk olaraq, ermənilərin bizə qarşı elədiklərini unutmamalıyıq. Erməni vəhşiliklərinin ifşası istiqamətində çalışmalıyıq. Ayıq-sayıq olmalıyıq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR