“Putin Ərdoğanın dəvətini qəbul etdi, lakin...” – Şərh
Kateqoriya məlum deyil
"Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər etməklə bağlı dəvətini qəbul etsə də, nə vaxt gələcəyi hələlik məlum deyil. Mümükündür ki, səfər Türkiyə Ərdoğanın Ukrayna səfərindən dərhal sonra gerçəkləşsin”.
Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Siyasi eksperti Teymur Qasımlı deyib.
O xatırladıb ki, Putin Ərdoğanın Türkiyəyə səfər etməklə bağlı dəvətini Rusiya-Ukrayna və Rusiya-Qərb münasibətlərinin gərgin olduğu bir zamanda qəbul edib:
"Bu ondan xəbər verir ki, Kreml başçısı Ankaranın mövcud gərginlikdəki vasitəçilik missiyasını yüksək qiymətləndirir. Digər tərəfdən, Putin özü də gərginliyin artmasını istəmir. Buna görə də onun Türkiyə səfəri ehtimal ki, Ərdoğanın Ukraynaya səfərindən sonra baş tuta bilər. Yəni Putin Zelenski-Ərdoğan görüşünün nəticələrni bilmək istəyir. Ərdoğan və Putin arasında digər mövzularda da müzakirə ediləsi məsələlər var”.Turan Rzayev






