Logo

“Paşinyanın Türkiyə ilə diplomatik əlaqələri bərpa etməkdən başqa yolu yoxdur”

“Paşinyanın Türkiyə ilə diplomatik əlaqələri bərpa etməkdən başqa yolu yoxdur”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə Mərkəzi Afrika Cümhuriyyətindən olan həmkarı Sylvie Baipo-Temonla birlikdə keçirdiyi mətbuat konfransında Ermənistanla əlaqələr barədə danışıb. O bildirib ki, normallaşma prosesi davam edir”.

Sfera.az xəbər verir ki bu sözləri  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin siyasi eksperti Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları bizim  və regionun maraqlarına cavab verir.

"Ankara ilə İrəvan əlaqələrinin gələcəkdə daha da sürətlənməsi mümkündür. Paşinyan bu yaxınlarda keçirdiyi mətbuat konfransında böyük ehtimalla forumda iştirak edəcəklərini bildirmişdi. Çavuşoğlunun açıqlamasından sonra isə müxtəlif erməni rəsmilər hələ konkret qərar vermədiklərini söylədilər. Əslində bu, normal qarşılanmalıdır. İrəvan "ən zəif bənd" olduğunu gizlətməyə, alternativlərinin olduğunu göstərməyə çalışır. Bu mənada erməni mətbuatında yazılanlar həm də daxili auditoriyaya hesablanmış manevrdir”.

Ekspertin sözlərinə görə, Ermənistanın, o cümlədən Paşinyan administrasiyasının Türkiyə ilə diplomatik əlaqələri bərpa etməkdən başqa yolu yoxdur:

"Artıq proses başlayıb, ictimai şüurda müəyyən dəyişikliklər baş verib. Erməni xalqının böyük hissəsi hakimiyyətin hazırkı siyasətindən razıdır və baş naziri dəstəkləyir. Bundan sonra xarici siyasət kursunda edilən hansısa dəyişiklik Paşinyanın imici üçün ciddi zərbə olar. Hətta bu halda daxildə etiraz dalğasının başlanması da istisna deyil. Eyni zamanda Paşinyanın geri çəkilməsi şübhəsiz, Bakı- İrəvan əlaqələrinə də mənfi təsir göstərəcək. Odur ki, Ankara- İrəvan əlaqələrinin normallaşması prosesi sürətlə davam edəcək.

Ermənistan Antalya diplomatiya forumunda iştirak edəcək. Ən azından xüsusi nümayəndə Ruben Rubinyan mütləq Türkiyədə olacaq. Nazir Ararat Mirzoyan isə bəlkə də tədbirə qatılmaz. Ermənistan hakimiyyəti bu addımın indiki məqam üçün hələ tez olduğunu düşünə bilər”.

K. Novruzovun sözlərinə görə, Antalya diplomatiya forumunda Ermənistan tərəfinin iştirakı Rusiyanın ürəyincə deyil:

"Moskva bunu birbaşa bəyan edə bilməz. Lakin tədbir ərəfəsində Kreml rəhbərliyinin Paşinyanı yanına çağıraraq onu təlimatlandırması mümkündür.  Bəlkə də baş nazirin koronavirusa "yoluxması" məhz bununla bağlıdır. Böyük ehtimalla Ermənistan nümayəndəsi Türkiyəyə gedəcək. Antalyada Türkiyə, hətta Azərbaycan rəsmiləri ilə Ermənistan nümayəndələri arasında "pərdəarxası" görüşlərin olması da gözləniləndir. Ola bilsin, forumdan sonra hansısa yeni razılıqlar əldə olunsun. Bütün hallarda Rusiyanın Ermənistan üzərindəki təsiri getdikcə azalır. Bu isə regionda yeni reallıqlar yaradır”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR