"Rusiya basdırdığı “minalar”ı istənilən an partlada bilər" - ŞƏRH

"Yaxın gələcəkdə dünyanın ən "qaynar” nöqtələrindən biri məhz Orta Asiya olacaq. Rus imperiyası və onun təbii, hətta ideoloji uzantısı olan SSRİ imperiyası o bölgədə o qədər etnik və ərazi "minaları” basdırıb ki, istənilən an bir-bir o "minaları” partlada, sonra da oralarda yeganə moterator, hakimi-mütləq olduğunu göstərə bilər”.
 
Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O bildirib ki,  Orta Asiya respublikaları ərazisində 8 anklav var:

""Şox anklavı” – Qırğızıstan ərazisində Özbəkistana məxsus ən böyük anklavdır, 60 min əhali yaşayır, amma ən qəribəsi budur ki, orada yaşayanların mütləq əksəriyyəti etnik tacikdirlər. Yəni, Qırğızıstan ərazisində, Özbəkistana məxsus taciklər yaşayan anklav – dediyim kimi, şeytani ağlın məhsulu ancaq belə ola bilərdi. 

"Vorux anklavı” – Qırğızıstanda 130 km2 ərazisi, 35 min əhalisi olan, Tacikistana məxsus anklavdır. Daha kiçik sahəsi və azsaylı əhalisi olan anklavlar da var: Tacikistana məxsus Karakçay anklavı Qırğızıstanda, Sarvak anklavı isə Özbəkistanda var, Qırğızıstanın isə Özbəkistan ərazisində Barak anklavı var, Özbəkistanın isə Qırğızıstan ərazisində Canqayıl, Çon-Qara və Şahmərdan anklavları var – bir daha, belə qarışıq anklavlar sistemini yaradıb "minalar” basdırmaq ancaq şeytani düşüncənin ağlına gələ bilərdi. Basdırılmış "minalar” istənilən an partladıla bilir. Artıq dəfələrlə belə olub, təəssüf ki, olacaq da – Rusiya istənilən an orada vəziyyəti qarışdıra, özü də ağ at belində "xilaskar” kimi görünə bilər”.

N.Cəfərli Kremlin sözügedən bölgədə hansı səbəbdən gərginlik yarada biləcəyindən də söz açıb:

"Birincisi, Qırğızıstan xalqı və hakimiyyəti son Qazaxıstan hadisələrindən çox narazı qaldılar, hətta "KTMT”nin onlayn toplantısına Qırğızıstan prezidenti qatılmadı – bu Kremlin gözündən yayına bilməzdi. İkincisi,  Özbəkistan bəyan etdi ki, "KTMT”yə qatılmayacaq, belə bir niyyəti yoxdur – bu da Putinin xoşuna gəlmədi. Növbəti səbəb, keçən ilin sonunda İstanbulda Türki Dövlətləri Təşkilatının təsis edilməsi, Orta Asiya Türk Respublikalarının orada aktiv iştirakı da Kremldə ciddi qıcıq doğurub, oraların tək sahibi olduğunu hər fürsətdə göstərməyə çalışacaq.

Daha bir maraqlı detal, Çin faktoru da var – dünən baş tutan atışmalar və gərginlikdən cəmi 24 saat öncə Çinin dövlət başçısı yoldaş Si, Orta Asiya Respublikalarının rəhbərləri ilə onlayn konfrans, görüş keçirib. Çinin o bölgəyə təsirləri sürətlə artır, ekspansiyası güclənir. Rusiya indi elə bir ağır durumdadır ki, Qərbə qarşı Çinə möhtacdır, ona görə də, açıq şəkildə Çinin o bölgənin "yumşaq istilasına” səsini çıxara bilmir. Birbaşa Çinə nəsə deyə, irad bildirə bilməyən Rusiya dünənki toqquşmalarla mesaj verə bilər ki, buralar mənim arxa bağçamdır, girməyin, milyardlarla yatırım etməyin, barıt çəlləyi partlaya, pullarınız bata bilər”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...

Rusiyada Xəlil Arslanov 17 il azadlıqdan məhrum edildi

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzl...

Yeni Zelandiyada güclü ZƏLZƏLƏ

Yeni Zelandiyada 6.3 maqnitudalı zəlzələ baş verib.   Sfera.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Ar...