Azərbaycan - Polşa iqtisadi əlaqələri müzakirə edildi
Kateqoriya məlum deyil
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova sözügedən ölkənin İqtisadi İnkişaf və Texnologiya Nazirliyinin dövlət katibi Qrjeqorj Piexoviak ilə görüşüb.
Polşadakı səfirliyimizdən Sfera.az-a verilən məlumata görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub.
Qeyd edək ki, Qrjeqorj Piexoviak Polşa-Azərbaycan iqtisadi əməkdaşlıq birgə komissiyasının həmsədridir.






