Zakir Həsənov Andrey Volkovu qəbul etdi

Siyasət
14:13 / 12.01.2022
725
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkovu qəbul edib.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.
Qeyd edək ki, general-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.