“Özbəkistanda ordu quruculuğu sürətlə davam etməlidir” - Politoloq
Sfera.az xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov bildirib.
F.Məmmədov hesab edir ki, KTMT-nin sammitində səsləndirilən bəyanatdan sonra Özbəkistanda ordu quruculuğu sürətlə davam etməlidir:
"Ümid edirəm ki, Türkiyə silahlarının tədarükü artacaq. Türkiyə hərbi attaşesinin Daşkənddəki ofisi hətta genişləndirilə, hərbi-təhsil proqramları genişləndirilə bilər.
Ola bilsin ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində onlar hərbi və xüsusi xidmət orqanları arasında qarşılıqlı əlaqə mexanizmlərinin yaradılması barədə düşünməyə başlayacaqlar”.
Politoloqun fikrincə, Azərbaycan bu baxımdan xeyli məsafə qət edib və 44 günlük Vətən Müharibəsi göstərdi ki, nəticələri çox yaxşıdır: "Müharibədən sonra yeni silahların alınması və hərbi büdcənin artırılması zəruridir”.
Vasif
Sfera.az






