Logo

Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı oldu

Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin arasında dekabrın 29-da telefon danışığı olub.

Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, danışıq zamanı Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafının aktual məsələlərini, o cümlədən müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsini, həmçinin Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı inteqrasiya fəaliyyətini müzakirə ediblər. Koronavirus infeksiyasına qarşı mübarizə, əhalinin kütləvi immunizasiyası məsələlərinə xüsusi diqqət yetirilib.

Əli Əsədov və Mixail Mişustin Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası, nəqliyyat blokadasının açılması istiqamətində Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli İşçi qrupunun fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR