Logo

“Bakı bu halda Aİİ-yə üzv ola bilər...” - Ekspert

“Bakı bu halda Aİİ-yə üzv ola bilər...” - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Heç kəsə sirr deyil ki, Rusiya Avrasiya İqtisadi İttifaqında (Aİİ) Ermənistandan çox Azərbaycanı görmək istəyir. Kreml rəsmiləri də son günlər bu istiqamətdə fərqli fikirlər səsləndirir. Lakin bu məsələdə tələsmək olmaz. Əsas sual isə bu olmaldır: Aİİ-yə qoşulmaq milli maraqlarımıza uyğundur?”.

Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Avrasiya İqtisadi İttifaqına yalnız Ankara ilə birgə daxil ola bilər:

"Türkiyənin Avrasiya İqtisadi İttifaqına daxil olması Azərbaycanı iqtisadi və siyası cəhətdən müdafiə edəcək və ehtimal siyasi təzyiqləri neytrallaşdıracaq. Lakin Türkiyə Aİİ-yə daxil olmasa, o zaman Azərbaycanın təkbaşına bu quruma üzvlüyü əlavə problemlər yarada bilər və bizi iqtisadi-siyasi təzyiqlərlə üz-üzə qoyar. Əksinə Türkiyə ilə Azərbaycanın bu birliyə birgə daxil olması türk ölkələrinin iqtisadi əlaqələrinin daha da güclənməsinə gətirib çıxarar”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR