Logo

Ceyhun Bayramov İranla əldə olunan razılaşmalardan DANIŞDI

Ceyhun Bayramov İranla əldə olunan razılaşmalardan DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İranla Xarici İşlər Nazirliyi səviyyəsində siyasi məsləhətləşmələrin mütəmadi qaydada keçirilməsi barədə razılığa gəldik. Bu ən azı 6 aydan bir olacaq”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.

"Azərbaycan və İran XİN-ləri arasında kommunikasiya sahəsində İşçi qrupun yaradılması razılığı əldə olunub. İşçi Qrupa Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə İran XİN sözçüsü rəhbərlik edəcək”, - C.Bayramov bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfərinə toxunan C.Bayramov deyib: "Səfər zamanı Qız Qalası-Xudafərin hidroqovşaqların istifadəyə verilməsi, Ordubad Su Elektrik stansiyasının, Astara çayı üzərindən avtomobil və piyada körpüsünün tikilməsinin başa çatdırılması və digər məsələlər müzakirə edilib”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR