Prezidentin xüsusi nümayəndəsi Qarabağa qayıdışdan DANIŞDI

Prezidentin xüsusi nümayəndəsi Qarabağa qayıdışdan DANIŞDI
"Ağdamda olarkən sakinlərə və qonaqlara deyirdim ki, igid oğulların sayəsində bu torpaqlarda gəzirik".

Sfera.az  xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Prezident: Zəfərə davam, Zəfərə inam!” şüarı altında keçirilən təqdimatda çıxış edərkən deyib.

O vurğulayıb ki, heç kim belə bir qələbənin qazanılacağını, möhtəşəm tarixin yazılacağını gözləmirdi: "Düşmən isə bunu heç gözləmirdi. Amma müharibə davam edir. Biz zamana qarşı mübarizə, vətəndaşların ora qayıtması üçün mücadilə aparırıq. Əgər sakinlər ora qayıtmasa, mübarizəmizin mənası olmaz".

E.Hüseynov qeyd edib ki, artıq Qarabağda əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün minatəmizləmə işləri həyata keçirilir: "Bu işdə iştirak edənlərin fədakarlığı nəticəsində Qarabağda quruculuq işləri aparılır. Müqəddəs borcumuzdur ki, səhv etməyək. İgid oğullarımız, Prezident ona görə əziyyət çəkməyib ki, səhlənkarlıq edilsin.

Ən önəmli işlərdən biri də Azərbaycanda iqtisadi rayonların bölgüsünün aparılmasıdır. Bu bölgü ilə rayonların əhali sayı və iqtisadi baxımdan balanslaşdırılması baş verdi. Gələcəkdə bu rayonlarda iqtisadi proseslərin qurulması üçün potensial olacaq".

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...