Logo

"Yüksək maaşlı iş yerlərinin sayı artırılmalıdır" - Əli Məsimlidən TƏKLİF

"Yüksək maaşlı iş yerlərinin sayı artırılmalıdır" - Əli Məsimlidən TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yüksək maaşlı iş yerlərinin sayı artırılmalıdır ".

Sfera.az xəbər verir ki, bu təkliflə Milli Məclisin plenar iclasında deputat Əli Məsimli çıxış edib.

Millət vəkili əhalinin yarıdan çoxunun 443 manat maaş aldığını deyib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son vaxtlar çox vacib məsələsini ortaya atıb.

Belə ki, nazirlik tərəfindən bildirilir ki, əhalinin yarıdan çoxu 443 manat əməkhaqqı alır. Görəsən, bu şəxslər müvafiq yaşa çatdıqda  pensiya alacaq, yoxsa sadəcə müavinətlə kifayətlənəcəklər?  Azərbaycanda əməkhaqqı ilə çalışanların neçə faizi pensiya alacaq? Bu istiqamətdə addımlar atmaq lazımdır ki, yüksək maaşlı iş yerlərinin çəkisi artsın. Beləliklə də pensiya və müavinətlər də artacaq. Bu regionlara da müsbət təsir edəcək".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR