Elnur Məmmədov: “Ermənistan beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır”

Elnur Məmmədov: “Ermənistan beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır”
"Ermənistanın beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunması üçün Ermənistanın yol verdiyi pozuntulara təkcə BMT-nin Beynəlxalq Məhkəməsində deyil, digər müxtəlif beynəlxalq strukturlarda da baxılacaq".

Sfera.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycanın əvvəlcə Avropa İnsan Hüquqları Məkəməsinə müraciət etdiyini, Ermənistanın da bundan sonra həmin məhkəməyə müraciət etdiyini xatırladıb:
 
"Bütün beynəlxalq məhkəmələrdə proseslər bir neçə il davam edir”.

Onun sözlərinə görə, BMT-nin Beynəlxalq Məhkəməsi Azərbaycanın müraciət etdiyi ikinci məhkəmə instansiyasıdır: "Ermənistan öz işğalçı siyasətindən diqqəti yayındırmaq üçün BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edərək, Azərbaycana qarşı əsassız iddialar irəli sürüb”.

Xatırladaq ki, dekabrın 7-si Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən, azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.

OXŞAR XƏBƏRLƏR

Bu gün 20 mindən çox bakalavr imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanı (II cəhd) keçirir.     DİM-dən ...

Dubay şokoladının tərkibində elə gizli maddə var ki...

Son dövrlərdə sosial şəbəkələrdə populyarlıq qazanan Dubay şokoladı yalnız dadı ilə deyil, təhlükəli tərkibi ilə də gündəmə gəlib. Parıltılı qablaşdırması və də...

İngiltərədə saxlanılan unikal Corc Oruell arxivi: Onu hansı təhlükə gözləyirdi?

London Universitet Kolleci (UCL) 1984-cü il kult distopik romanının müəllifi Corc Oruellin arxivini “Britaniyanın mədəni irsinin dəyərli hissəsi” ki...

Prezident onları ayaq üstə alqışladı - VIDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az xəbər v...

Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında maraqlı paylaşım edib.   Sfera.az xəbər verir ki, birinci xanım Prezidentlə mahnı di...

Mahmud Abbas: Fələstin Qəzzada atəşkəsə nail olmağa çalışır

Fələstin Qəzza sektorunda atəşkəsin əldə edilməsinə və humanitar məsələlərin həllinə nail olmaq istəyir.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...