Logo

Ərdoğanın müavini: "Bu, Cənubi Qafqazda yeni sülh dövrünün başlaması üçün önəmli addımdır”

Ərdoğanın müavini: "Bu, Cənubi Qafqazda yeni sülh dövrünün başlaması üçün önəmli addımdır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Türkiyə, Azərbayacan, Rusiya, İran, Ermənistan və Gürcüstanın bu bölgənin 6 ölkəsi olaraq öz məsələlərini birlikdə həll etmək iradəsini ortaya qoymaları Cənubi Qafqazda yeni sülh dövrünün başlaması üçün önəmli addımdır”.

Sfera.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş deyib.

O bildirib ki, bu addımın atılması üçün sürətlə Türkiyə-Azərbaycan münasibətləri inkişaf etdirilir: "Yeni Azərbaycan Partiyası ilə də sıx əlaqələrimiz qurulub”.

AKP sədrinin I müavini qeyd edib ki, noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının VIII Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə "Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsilə Azərbaycanın Qarabağda qazandığı Zəfər əbədiləşdirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR