Logo

David Zalkaliani: "Gürcüstan üçtərəfli dialoq platforması yaratmağa hazırdır"

David Zalkaliani: "Gürcüstan üçtərəfli dialoq platforması yaratmağa hazırdır"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq Gürcüstan Cənubi Qafqaz regionunda sülh və inkişafı təşviq edir".

Sfera.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

"Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli dialoq platformasının yaradılması üzrə yeni təşəbbüs irəli sürürük. Gürcüstan müxtəlif formalı üçtərəfli görüşlərə ev sahibi olmağa hazırdır”, - o əlavə edib.

Zalkaliani həmçinin Gürcüstanın Baş nazirinin BMT Baş Assambleyasının sentyabr ayında keçirilmiş iclası zamanı dinc qonşuluq təşəbbüsü ilə də çıxış etdiyini xatırladıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR