“Köhnə münaqişələr yenidən qızışır...” – Şərh

“Köhnə münaqişələr yenidən qızışır...” – Şərh
"Dünyanın hər tərəfində münaqişə ocaqları mövcuddur. Bu ocaqların yenidən alovlandırılması prosesinə start verildiyi görünür".

Sfera.az xəbər verir ki, bunu siyasi ekspert Samir Hümbətov deyib. Onun sözlərinə görə, ya köhnə ocaqlar yenidən alovlandırılır, ya da yeniləri yaradılır:
 
"Görünən odur ki, dünya gücləri üçün bu lazımdı, xüsusilə dünyanın belə həssas halında. Artıq Əfqanıstan-İran sərhədində vəziyyət pisləşib. Ola bilsin ki, burada dini əqidə daha çox qabardılsın, 1980-1988-ci illər İraq-İran müharibəsində olduğu kimi”.
 
Siyasi ekspert xatırladıb ki, Rusiyanın separatizmə dəstəyi Ukraynanın uzunmüddətli münaqişə ocağına çevrilməsinə gətirib çıxardı:

"Mərkəzi Asiyada hələ də həllini tapmayan Fərqanə vadisi qalmaqdadır. Çin Tayvan üzərində nüfuzunu bərkitməyə cəhd etsə də, ABŞ və Böyük Britaniya tərəfindən ciddi təzyiqlərlə üzləşməli olur. Hindistan və Pakistan arasında 75 ildir bitməyən kəşmir məsələsinin həllində hələ də irəliləyiş yox səviyyəsindədir. İsrail və Fələstin arasındakı bir o qədərlik münaqişə tarixi də yaxın zamanlarda bitənə oxşamır".
 
Onun sözlərinə görə, İraqda 20 ilə qədər, Suriyada isə 10 ildən artıqdır ki, müharibə bitmək bilmir:
 
"Dünya 50 milyondan artıq qaçqın axınına şahidlik edir və bu proses hər keçən gün artmaqdadır. Belarus-Polşa sərhədində baş verən miqran böhranı da məhz bu proseslərin tərkib hissələrindən biri kimi qəbul oluna bilər. Dünyanı idarə edən güclər üçün hər bir münaqişə ayrılıqda gəlir mənbəyi hesab edilir və ona görə də dünya bitmək bilməyən problemlərlə üz-üzə qalmaqdadır”.
 
S. Hümbətov sonda əlavə edib ki, COVID-19 pandemiyasından sonra dünya iqtisadiyyatı ciddi şəkildə zərbə alıb. Bu isə yeni münaqişələrin, hətta müharibələrin yaranmasına səbəb ola bilər.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...