İstanbul hayqırdı: "Can Azərbaycan, bizimləsən!" - FOTO

İstanbul hayqırdı:
Türkiyədə dövlət çevrilişinə cəhdin uğursuluqla başa çatmasında ən böyük rolu dövlət qurumları və ya hüquq-mühafizə orqanları yox, adi vətəndaşlar oynadılar.

O kəslər ki tankların qarşısına çıxdılar, güllələrə sinələrini sipər edərək Vətəni, Konstitusiyanı, demokratiyanı qorudular.
Milli.Az bildirir ki, yüz minlərlə insan Türkiyənin küçələrinə və meydanlarına hansısa partiyanı, siyasətçini, qurumu qorumaq üçün yox, cumhuriyyəti, demokratik dəyərləri, qanunu, keçmişi və gələcəyi müdafiə etmək üçün çıxmışdılar.

Qiyamçıların qarşısını alan, əllərindəki bayraqları ən güclü silah, "Rədd olsun çevriliş, yaşasın demokratiya!" şüarlarını ən yenilməz sursat hesab edənlərin qarşısında xunta geri çəkildi, uduzdu.
Türkiyənin meydanlarına sel kimi axanların arasında yüzlərlə, minlərlə azərbaycanlı da vardı.

Dünən İstanbulda meydanlarda dalğalanan bayraqlar arasında Azərabycan bayraqları da vardı.
Axşam saatlarında Azərbaycan bayraqlarının yüksəldiyini görən istanbullular riqqətə gəliblər, "Can Azərbaycan, bizimləsən!" deyiblər.

İstanbul, Ankara, İzmir, Denizli və daha neçə şəhərdəki meydanlarda "Türkiyə və Azərbaycan - bir millət, iki dövlət!" söyləyənlərin nə sayı vardı, nə də hesabı.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...