Logo

"Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq"

"Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Birləşmiş Ştatlar Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdardır".

Sfera.az  xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

Səfir iki ölkə arasında təhlükəsizliklə bağlı uzun müddətdir səmərəli əməkdaşlığın bərqərar olduğunu qeyd edib.

"Əfqanıstanda əvvəldən axıradək göstərilən dəstəyə görə Azərbaycana sonsuz təşəkkür edirəm. Ölkəniz Əfqanıstanı ən axırda tərk edib, hava limanında da kömək edib” – deyə diplomat vurğulayıb.

Xatırladaq ki, Kabil Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Azərbaycanın 120 nəfərlik sülhməramlı missiyası bu ilin 26 avqust tarixində vətənə qayıdıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR