Amerikalı komandan Azərbaycanda səfərdədir - FOTOLAR

Amerikalı komandan Azərbaycanda səfərdədir - FOTOLAR

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-leytenant Robi Aşerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işçi səfəri başlayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qonaqlar səfər çərçivəsində Silahlı Qüvvələrin Təlim Mərkəzində keçirilən "Mühəndis istehkam bölmələrinin fəaliyyəti" mövzusunda nümayiş etdirilən məşğələni izləyiblər.

Daha sonra ABŞ nümayəndə heyəti Müdafiə Naziriliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudovla görüşüb.

 

Görüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası ilə Ştatla Tərəfdaşlıq Proqramı çərçivəsində cari il ərzində keçirilən tədbirlər və 2017-ci il üçün planlaşdırılan fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general R.Aşer hər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.

ABŞ nümayəndə heyətinin səfəri iyulun 16-dək davam edəcək.

 
 
 


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...