Milli Məclisin növbəti iclaslarının vaxtı AÇIQLANDI
Kateqoriya məlum deyil
Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı açıqlanıb.
Sfera.az xəbər verir ki, parlamentin növbəti toplantıları noyabrın 23-ü və 24-də keçiriləcək.
İclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.






