Üçtərəfli bəyanatın maddələri həyata keçirilsə... - Nazir
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılışı üçün işlərin başlandığını deyən C.Bayramov qeyd edib:
"İşlərə artıq başlanılıb. İndi dəmir və avtomobil yollarını birlikdə təşkil etmək lazımdır. Sovet dövründən qalan quru yolları var idi. Lakin Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından sonra həm işğal olunmuş bölgədə, həm də Ermənistan ərazisindən keçən hissədə yol infrastrukturu tamamilə dağıdılıb. Bu il Azərbaycan öz ərazisində qalmış yolun yenidən qurulmasına başlayıb. Üçtərəfli Bəyanatın bütün maddələri həyata keçirilsə, işin yalnız kiçik bir hissəsi qalacaq. Onun həyata keçirilməsi çox vaxt tələb etməyəcək. Ona görə də dəhlizin nə zaman açılacağını demək mənim üçün çətindir, amma işlər davam edir”.






