Logo

“Zəngəzur dəhlizinin yaradılması üzrə işlər artıq aparılır”

“Zəngəzur dəhlizinin yaradılması üzrə işlər artıq aparılır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirən yeni nəqliyyat yolu sayəsində Türkiyə üzərindən Avropa bazarlarına yol formalaşacaq”.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Anadolu” agentliyinə verdiyi müsahibəsində Zəngəzur dəhlizi barədə danışarkən deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi, həmçinin Türkiyədən Mərkəzi Asiya ölkələrinə aparan yol da olacaq və bununla da Ankara üçün yeni imkanlar yaranacaq.

XİN başçısı bildirib ki, Zəngəzur dəhlizinin yaradılması üzrə işlər artıq aparılır: "Regionda avtomobil və dəmir yolu əlaqələrinin bərpası lazımdır. Ermənistanın işğalı dövründə Azərbaycanın bir neçə bölgəsində yollar dağıdılıb. Azərbaycan onların bərpasına başlayıb. Üçtərəfli bəyanatın bəndləri yerinə yetirilərsə, o zaman dəhlizin açılması çox vaxt tələb etməyəcək. Dəhlizin açılmasının dəqiq tarixini demək hələ tezdir, lakin proses çətinliklə də olsa davam edir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR