Ukrayna Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır - FOTO

Ukrayna Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır - FOTO

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Petro Poroşenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Publika.az Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, O.Əsədov xalqlarımız arasındakı dostluq əlaqələrinin qədim tarixi köklərə söykəndiyini söylədi. Bildirdi ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ukrayna nümayəndə heyətinin ölkəmizə budəfəki səfəri əlaqələrimizin daha da inkişafına yeni impuls verəcək. Azərbaycan və Ukrayna prezidentlərinin görüşündə aparılan danışıqlar və müzakirə olunan məsələlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək.

 

Spiker iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğuladı: "Ötən illə müqayisədə tiçari münasibətlərimizdə 20 faizdən çox artım müşahidə olunur. İnanırıq ki, gələcəkdə bu göstərici daha da artacaq".

 

Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin mühüm rol oynadığına diqqət çəkərək hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. Bildirdi ki, deputatların qarşılıqlı səfərləri və beynəlxalq təşkilatlarda onları düşündürən məsələlər ətrafında müzakirələr aparılması təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

 

O.Əsədov regional münaqişələrin inkişafa mane olduğunu söyləyərək Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünün qorunması barədə mövqeyinin dəyişməz olduğunu vurğuladı.

 

Səmimi qəbul üçün minnətdarlığını bildirən Ukrayna Prezidenti P.Poroşenko ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən razı qaldığını söylədi. O, Prezident kimi ölkəmizə ilk dəfə səfər etdiyini, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu bildirdi. Qeyd edildi ki, nəqliyyat, neft və qaz daşınmaları, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar var. Birgə layihələrin həyata keçirilməsi də hər iki xalqın mənafelərinə xidmət edir.

 

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Rüfət Quliyev, Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Misşenko və digər rəsmi şəxslər iştirak ediblər.

* Fotoları təqdim edirik


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...