Logo

“Həmsədrlərin özləri də anlayır ki, oyundankənar vəziyətdə qalıblar...” – Şərh

“Həmsədrlərin özləri də anlayır ki, oyundankənar vəziyətdə qalıblar...” – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 10-da Parisdə ayrı-ayrılıqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla və Fransanın xarici işlər naziri Jan-İv Lö Drian görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Sfera.az bildirir ki, "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sözügedən görüşlərlə bağlı fikirlərini bölüşüb:

"Birincisi, həmsədrlər və xarici işlər nazirləri gərginliyin azaldılması ilə bağlı Nyu-Yorkda başlanan danışıqları, gələcək görüşləri və həmsədrlərin regiona mümkün səfərini müzakirə ediblər. İkincisi, həmsədrlər və nazirlər 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qəbul edilmiş öhdəliklərin icrasını da müzakirə ediblər. Üçüncüsü, həmsədrlər humanitar məsələlər, o cümlədən məhbuslar, minaların təmizlənməsi, itkin düşmüş şəxslər, mədəniyyət obyektlərinin və köçkünlərin könüllü geri qaytarılması ilə bağlı irəliləyişi təsdiqləyiblər. Dördüncüsü, həmsədrlər, həmçinin qızışdırıcı ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çagırıblar”.
 

Politoloqun fikrincə, həmsədrlərin növbəti bəyanatları da boş söz yığnağıdır:

"Həmsədrlər özləri də anlayır ki, oyundankənar vəziyyətdə qalıblar və bölgəyə gələcək səfələrinin də əhəmiyyəti yoxdur. Həmsədlərin içərəsində bircə rusiyalı diplomat rahatdır ki, ölkəsi Qarabağ məsələsində əsas vasitəçi statusunu əldə edib. Bu bəyanatın mətnindən də görünür ki, həmsədlər üçün fəaliyyət sahəsi qalmayıb. Bəyanatda vurğulanan "məhbusların dəyişdirilməsi”, "minaların təmzinlənməsi” və digər məsələlərin həlli ilə ayrı-ayrı dövlətlər və birliklər – Rusiya, Gürcüstan, ABŞ və Avropa İttifaqı məşğul olurlar, onların özlərinə isə həmsədrlik institutu gərəkli deyil. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə gəldikdə isə o vəzifəsini faktiki müharibədən sonra itirib. Çünki onun səlahiyyətləri Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə monitorinq xidmətinə keçib”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR