Ərdoğan: “Yunanıstan ABŞ-ın hərbi bazasına çevrilib”
Kateqoriya məlum deyil
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanı qəbul edib.
Sfera.az Anadolu agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında dövlət başçısı maraqlı açıqlamalar verib.
Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin hazırda Avropada yaşanan miqrant böhranında Türkiyəni ittiham etməsini nankorluq adlandırıb. O, miqrantları geri qaytarmaqla ölümə məhkum edən ölkənin Yunanıstan olduğunu və bu ölkənin ABŞ-ın hərbi bazasına çevrildiyini bəyan edib.






