Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub
Kateqoriya məlum deyil
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
Sfera.az xəbər verir ki, bu barədə C.Bayramov "Twitter” hesabından etdiyi paylaşımında bildirib.
"İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C. Bayramov qeyd edib.






