Müstəqilliyimizdə və zəfərlərimizdə Azərbaycançılıq ideologiyasının rolu

Müstəqilliyimizdə və zəfərlərimizdə Azərbaycançılıq ideologiyasının rolu
Dünya üzərində 5000-dən artıq xalq olsa da, onlardan yalnız 195-nin beynəlxalq səviyyədə tanınmış müstəqil dövləti var. Sevindirici haldır ki, bu 195 ölkədən biri də məhz müstəqilliyinin 30-cu il dönümünü qeyd edən Azərbaycan Respublikasıdır.
 
30 yaş bir insan üçün yetişkinlik yaşı hesab edilsə də, dövlət üçün olduqca gənc bir yaşdır. Lakin ölkəmizin geridə qoyduğu bu 30 ilə nəzər salsaq görə bilərik ki, başına gələnlər, yaşadıqları və son illərdə etdikləri 100 illik ölkələr ilə eynilik təşkil edir. 

Müstəqilliyi əldə etmək, onu qorumaq və ağır siyasi proseslərdən keçərək bu günə qədər gətirmək heç də asan bir iş deyil. Təəssüf ki, müstəqilliyimizin ilk illəri xaos və siyasi anarxiyaya səhnə oldu, gərgin keçdi.  Ermənistanın işğalçılıq siysətinə məruz qalan ölkəmiz işğal, daxili bölünmə və müstəqilliyini itirmək riskləri ilə üz-üzə qaldı. 

Azərbaycanın müstəqilliyinin ilk illərində zəif olmasının bir çox səbəbi var. Lakin mənə görə bu səbəblərdən ən başlıcası məhz cəmiyyəti, xalqı, etnik-dini, cinsi mənsubiyyətinə ayırmadan bir arada saxlaya biləcək ümumxalq ideologiyasının olmaması idi.  Lakin müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev daxildən parçalanmış, müstəqiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmış bir ölkənin nəyə ehtiyacı olduğunu yaxşı anlayırdı. Heydər Əliyev Azərbaycançılıq ideologiyası adı altında xalqı bir araya gətirdi. Nəticə isə çox keçmədən özünü bariz şəkildə büruzə verdi. Daxildəki siyasi sabitlik təmin edildi. Separatçı etnik ünsürlər yatırıldı. İşğala qarşı başsız qalan və ayrı-ayrı yerlərdə özünü müdafiə batalyonları yaradan xalq milli ordu nəzdində bir araya gəldi. Məhz bu ideologiya sonrakı illərdə işğalın genişlənməsini dayandırdı. 

Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycançılıq ideologiyasına sadiq qalaraq siyasi kursunu bu yöndə formalaşdırdı. Vaxtilə Heydər Əliyevin başçılığı ilə işğalı dayandıran Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə ilə həmin işğala son verdi. 

44 günlük müharibə bu ideologiyanın yaşadığını, inkişaf etdiyini, xalqın ayrılmaz parçası olduğunu bir daha sübut etdi. Xalq bu ideologiya altında 44 günlük müharibə zamanı talış, ləzgi, türk, kürd, tat, udin və ya xristian, yəhudi, müsəlman demədən cəbhəyə axışıb çiyin-çiyinə döyüşdü. Arxa cəbhədə sadə insanlar informasiya müharibəsinə, ön cəbhəyə yardıma qalxdı. 30 illik müstəqillik tariximiz 44 günlük müharibə gedişində bir daha özünü biruzə verdi.
 
Turan Rzayev
 
 

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir


OXŞAR XƏBƏRLƏR

Məşhur rəssamın oğurlanmış tablosu zibil qutusunda tapıldı: Dəyəri nə qədərdir?

Bir kişi məşhur rəssamın tablosunu zibil qutusundan tapıb və onu dörd il şkafda saxlayıb   Sfera.az bildirir ki, Jan-Pol Riopelin dəyəri 58 min dollara...

Ailəsinə yadplanetlilərlə səyahətə gedəcəyini deyərək yoxa çıxan adam: Həyətindən UFO tapıldı

1980-ci il noyabrın 29-na keçən gecə Kanadanın Dunkan şəhərində qəribə hadisə baş verib. Qrencer Taylor adlı şəxs ailəsinə məktub yazaraq yadplanetlilərlə əlaqə...

Baş məşqçi millimizin finala yüksəlməsini belə şərh etdi

Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Azərbaycan xalqını ürəkdən təbrik edirəm.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisi...

Cənubi Qafqazda sülh üçün çalışırıq - Yaşar Gülər

Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün çalışır.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İtaliy...

“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb. Sfera.az bildirir ki, bütün dünyada sa...

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...