Logo

"Putin keçmiş SSSR-ni bərpa etmək niyyətindədir, bizi çox mürəkkəb imtahanlar gözləyir” - Rəsul Quliyev

"Putin keçmiş SSSR-ni bərpa etmək niyyətindədir, bizi çox mürəkkəb imtahanlar gözləyir” - Rəsul Quliyev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"2014-cü ildən Qərb ölkələri tərəfindən izoliyasiyaya salınmış Rusiyanın prezidenti Putinin özünə inamı daha da artıb. O, yenidən əvvəlki keçmiş SSSR-ni qismən bərpa etmək  planını həyata keçirmək niyyətindədir”.

Sfera.az bildirir ki, bunu sabiq spiker Rəsul Quliyev deyib. Onun sözlərinə görə, Putin bu niyyətini reallaşdıracağına inanır və heç bir sahədə uğur qazanmadığından bu istiqamətdə qələbə çalmaq istəyir:

"Artıq Belarusiyanı "ittifaq” adı altında faktiki işğal edib. Onların qəbul etdikləri həmin 26 müddəa Belarusiyanın müstəqilliyini itirməsi deməkdir - Lukaşenko vəzifəsi naminə xalqını satdı. Putin bu sazişə başqa ölkələrin də qoşulacağını bəyan edib. İlk növbədə o, Tacikistan, Ermənistan və Qırğızıstana bunu təklif edəcək. Növbədə Qazaxıstan və Azərbaycandır. Putin prezident İlham Əliyevlə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın 3+3 planını dəstəkləyir, ancaq onu da bilir ki, Gürcüstan heç vaxt Rusiya ilə eyni müqavilədə iştirak etməyəcək”.

Sabiq spiker qeyd edib ki, Gürcüstan NATO və Avropa İttifaqının üzvü olmaq istəyir:

"Özbəkistan və Türkmənistanın Rusiya ilə sərhədi yoxdur və hər iki ölkə Çinlə sıx əlaqədədir. Qazaxıstanın da ümidi Çinədir. Türk əsilli ölkələr arasında olan müqavilə başqa bir mərhələyə keçməlidir. Bu ölkələrin dünyanın ikinci superderjavası sayılan Çinlə əlaqələri də tamamilə başqa bir müstəviyə keçid etməlidir. Putin özünü ən azı  Pyotr 1, Ekaterina 2, Stalindən sonra Rusiyanın 4-cü şəxsiyyəti hesab edir. 2020-ci ildə qalib Azərbaycan xalqını, başda prezident Əliyev olmaqla, gələcək bir neçə ildə çox mürəkkəb imtahanlar gözləyir”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR