Logo

"Saakaşvili üçün artıq bircə yol var" - ŞƏRH

"Saakaşvili üçün artıq bircə yol var" - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən gün Gürcüstanda baş tutan seçkilərin ikinci turunda keçmiş prezident Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" partiyası məğlub oldu.

Bununla bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki,  ölkəsinə gizli qayıdan Saakaşvili seçki günü xalqı ayağa qaldıracağını və hakimiyyəti dəyişə biləcəyini hesab edirdi:

"Lakin baş verənlər heç də Saakaşvilinin planlaşdırdığı kimi olmadı. Hətta həbsinə də real dəstək olaraq vətəndaşlar kütləvi aksiyalara getmədi. Bu onu göstərir ki, eks-prezidentin siyasi erası Gürcüstanda bitib. Ümumiyyətlə, Qərb artıq Gürcüstanda növbəti inqilabda maraqlı deyil və ABŞ-ın müdafiə nazirinin ötən həftə Tiflisə  səfəri də Saakaşvilinin həbsdən azad olunmasına gətirib çıxarmadı”.

Politoloqun sözlərinə görə, Qərb "Gürcü Arzusu" partiyası ilə işləməyi üstün tutub:

"Mixailin hakimiyyətə qayıtması, bu ölkədə Rusiya ilə yeni konfontrasiyaya gətirib çıxaracağından Qərb bundan yayındı. Ona görə də,  Saakaşvili üçün ən doğru addım bundan sonra həbsdən azad olunub, Ukraynaya qayıtmaq və orada fəaliyyət göstərməkdir. Regionda yeni geosiyasi şərtlər dəyişib və Gürcüstandakı soydaşlarımız da siyasi proseslərdə aktiv olmalı, Gürcüstan xalqı ilə eyni hərəkət etməlidir. Soydaşlarımızın Saakaşvilini dəstəkləməsi onların əleyhinə çevrilə bilər”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR