Logo

“Türkiyə və Ukraynanın bu sahədəki əməkdaşlığı Qərbi qorxuya salıb” - Şərh

“Türkiyə və Ukraynanın bu sahədəki əməkdaşlığı Qərbi qorxuya salıb” - Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna ordusunun 26 oktyabrda Donbassda Türkiyə istehsalı olan "Bayraktar” PUA-larından istifadə edərək, düşmən mövqelərini məhv etməsi başda Rusiya olmaqla, bəzi ölkələrin narazılığına səbəb olub. Ukraynanı bu addımına görə Almaniya və Fransanın tənqid etməsi isəxüsusi diqqət çəkib.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Turab Rzayev deyib ki, Fransa, Almaniya və digər Avropa ölkələrinin Ukraynanın Donbassda Türkiyə istehsalı olan "Bayraqdar”dan istifadə etməsinə narazılıq bildirməsinin səbəbi həmin ölkələrin Ankaranı qısqanmasıdır.

"Yaxşı xatırlayıram, 44 günlük müharibədən sonra Almaniyanın bir sıra nəşri, hətta Müdafiə Nazirliyinin rəsmiləri də etiraf edirdi ki, Azərbaycan "Bayraqdar" PUA-ları ilə hətta Almaniya ordusunu belə məğlub edə bilərdi. Təsəvvür edin ki, bu Almaniyada necə qıcıq yarada biləcək düşüncələrdir.

Almaniyada bu məsələ uzun müddətdir müzakirə edilir. Hətta bir çox tanınmış nəşrlər də bu haqda məqalələr dərc olundu. Rəsmi Berlin bu gün etiraf edir ki, Türkiyənin sahib olduğu PUA-lar onlarda yoxdur və almanlar PUA texnologiyasında Türkiyədən çox geridədir.

Avropa ölkələri Türkiyənin ucuz başa gələn, lakin yüksək peşəkarlığa və dəqiqliyi ilə seçilən PUA-larını qısqanırlar. Bundan başqa Avropa Türkiyənin Ukrayna üzərində nüfuzunun artmasından ehtiyat edir. Bildiyiniz kimi, Ukrayna ilə Türkiyə təyyarə mühərrikləri üzərində ortaq layihə həyata keçirir. Bu isə Avropanın maraqlarına uyğun deyil. Hazırda dünyada 4-5 təyyarə mühərriki istehsal edə bilən ölkə var. onlardan biri də Ukraynadır. Hətta Çin belə bu gün Ukraynadan təyyarə mühərrikləri alır”.

T. Rzayevin sözlərinə görə, Qərbi qorxudan başlıca məsələ Tükriəynin Ukraynadan təyarə mühərriki hazırlamağı öyrənib "Bayraqdar" PUA-ları kimi güclü təyyarələr istehsal etməsidir:

"Türkiyə Ukrayna ilə bu sahədə əməkdaşlığa davam etsə, yaxın illərdə hədəflədiyi milli döyüş təyyarəsini də istehsal edə biləcək. Bu isə Avropa üçün daha ciddi bir problem deməkdir. Bildiyiniz kimi, Ankara həm də döyüş təyyarələrini Qərbdən və ABŞ-dan alır. Lakin bu asılılıqdan xilas olmaq üçün Ankara ciddi addımlar da atır. Mövcud Ukrayna-Türkiyə münasibətləri bu tempdə inkişaf etməyə davam etsə Ankara bir neçə ilə öz milli döyüş təyyarəsini istehsal edəcək”.
 
Turan Rzayev
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR