Logo

“İran – Azərbaycan gərginliyi arxada qaldı” – Zərdüşt Əlizadə

“İran – Azərbaycan gərginliyi arxada qaldı” – Zərdüşt Əlizadə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün  İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsinin başa çatdığını bəyan edib.

Maraqlıdır, aşkar gərginliyin bitməsi ilə bağlı açıqlama özündə nəyi ehtiva edir? Münasibətlərin daha da yumşalması üçün hər iki ölkə liderinin görüşü baş tuta bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Zərdüşt Əlizadə dövlət başçılarının artıq arxada qalmış gərginliklə bağlı yox, digər həlli vacib məsələlərə görə görüşə biləcəklərini deyib:

"Əsas olan ortadakı gərginliyin aradan qalxması idi. Bu da qarşılıqlı olaraq tərəflərin bir-birinin hüququnu tanımasından ibarətdir. Artıq gərginlik yumşalıb, hər iki tərəfin mövqeyi münasibətlərin normallaşmasına yönəlib. Artıq İran mediasında da Azərbaycanla əlaqədar mənfi yöndə yazıların yayımlanmadığını görürük. Beynəlxalq hüquqa uyğun olaraq hər iki tərəf bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.

Hər iki ölkə liderinin qarşıdakı zaman ərzində görüşü baş tuta bilər. Lakin bu görüş yaşanmış gərginliklə əlaqədar yox, digər məsələlərlə bağlı ola bilər.  Yəni İran ali dini lideri və prezident İlham Əliyev ikitərəfli iqtisadi layihələri müzakirə edə bilər”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR