Mehriban Əliyeva Ərdoğanın səfəri ilə bağlı paylaşım etdi
Kateqoriya məlum deyil
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün Tvitterdəki səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, paylaşımda deyilir:
"Zəngilan rayonunun Ağalı kəndində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub”.
Birinci vitse-prezident həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin Zəngilanda "Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları ilə bağlı paylaşım edib.
//






