Logo

Milli Məclisin növbəti plenar iclasının vaxtı AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclasının vaxtı AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisin növbəti plenar iclası oktyabrın 15-də keçiriləcək.

Sfera.az xəbər verir ki, bu barədə Parlamentin spikeri Sahibə Qafarova məlumat verib.

İclasda "Müstəqillik Günü haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq.

Qanun layihəsinə əsasən, Azərbaycanda 28 May - "Müstəqillik Günü" və 18 Oktyabr - "Müstəqilliyin Bərpası Günü" adlandırılması təklif edilir.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilir və qeyri-iş günüdür. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək. 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur və bu gün rəsmi iş günü hesab olunur. Dəyişiklikdən sonra 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü adlandırılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR