Logo

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüş vaxtı MƏLUM OLDU

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüş vaxtı MƏLUM OLDU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında üçtərəfli görüşün oktyabrın 13-də keçirilməsi planlaşdırılır.

Sfera.az  xəbər verir ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə keçiriləcək.

Məlumata görə, görüş patriarxın Danilov iqamətgahında təşkil ediləcək.

Oktyabrın 12-si Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirill ilə ikitərəfli görüşü baş tutacaq.

Qeyd edək ki, A.Paşazadə oktyabrın 11-də Rusiyaya səfərə gedib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR