Logo

Azərbaycan hər zaman Türkiyənin yanında olub - Əli Rza Yıldız

Azərbaycan hər zaman Türkiyənin yanında olub - Əli Rza Yıldız
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Oktyabrın 4-də Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin (İSBAM) dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Media Başqanı Əli Rza Yıldız və onun yardımçısı, İstanbul Çəkməköy Əsnaf və Sənətkarlar Dərnəyinin başqanı Gökhan Balcı ilə görüşüb.

Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə oktyabrın 4-nün ölkəmizin və türk-İslam dünyasının tarixində xüsusi yeri olduğunu vurğulayan Adil Əliyev keçən ilin məhz bu günündə Azərbaycan Ordusunun Cəbrayıl rayonunu işğaldan azad etdiyini diqqətə çatdırıb. Qonaqlara hazırda birinci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsi barədə ətraflı məlumat verib. Ermənistanın 30 illik təcavüzünə son qoyulduğunu, düşmənə döyüş meydanında çox böyük zərbə vurulduğunu bildirib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonu erməni vandalları tərəfindən tamamilə dağıdılıb. Ermənistan təcavüzkar siyasətini işğal altında saxladığı ərazilərdəki maddi mədəniyyət abidələrinə də tətbiq edib, tarixi abidələrə və dini ziyarətgahlara qarşı dağıdıcı və təhqiramiz siyasət həyata keçirib. Dini məbədlərimizi, məscidlərimizi tövləyə çevirib. İnanclara qarşı bu cür hörmətsizlik heç bir ölçüyə sığmır.

Səmimi qəbula görə təşəkkür edən İstanbul Media başqanı Əli Rza Yıldız qardaş Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyib, bu yay Türkiyədə baş verən yanğınlar zamanı qardaş köməyinə gələn azərbaycanlılara ölkəsində çox böyük sevgi və hörmətin olduğunu vurğulayıb.

Əli Rza Yıldız media qurumlarının rəhbəri olaraq münasibətlərimizin hər zaman möhkəm qalması üçün çalışdıqlarını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində var qüvvələrini səfərbər etdiklərini bildirib.

Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR