Azərbaycandan böyük kömək aldıq - Qaribaşvili

Azərbaycandan böyük kömək aldıq - Qaribaşvili
Gürcüstan pandemiya dövründə Azərbaycandan böyük kömək alıb.

Sfera.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.

"Bu dövrdə azərbaycanlı dostlarımız, qardaşlarımız bizə böyük köməklik göstərdi. Buna görə açıq şəkildə sizə təşəkkürümü bildirirəm”, - Qaribaşvili qeyd edib.

O bildirib ki, son illər ərzində iki ölkə arasındakı münasibətlərdə kifayət qədər böyük irəliləyiş əldə olunub:

"Lakin hesab edirəm ki, potensial daha böyükdür və onu istifadə etmək lazımdır. Bugünkü toplantı cari məsələlərin müzakirəsi ilə yanaşı, gələcək planların müzakirəsi üçün də yaxşı imkan verir”.

OXŞAR XƏBƏRLƏR