Ombudsman Bolqarıstanın vitse-prezidenti ilə görüşdü

Ombudsman Bolqarıstanın vitse-prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bolqarıstan Respublikasının vitse-prezidenti İliana İotova ilə görüş keçirib.

Ombudsman Aparatından Sfera.az-a bildirilib ki, Ombudsmanın Bolqarıstana səfəri çərçivəsində baş tutmuş həmin görüşdə tərəflər iki ölkə arasında əlaqələrin inkişafı barədə müzakirə aparıblar.

Ombudsman Səbinə Əliyeva çıxşında İ.İotovaya səmimi qəbula görə öz təşəkkürünü bildirib. Ombudsman təsisatın beynəlxalq əlaqələri barədə danışıb, dünya ictimaiyyətinə ünvanlanmış hesabatlar və müraciətlər barədə məlumat verib.

Ombudsman Ermənistan tərəfindən azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, 30 ilə yaxındır qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş vətəndaşlarımızın insan hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. O, həmçinin çıxışında Birinci və İkinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş azərbaycanlıların sayı barədə məlumat verib, bu günədək onlar barədə Ermənistan tərəfindən məlumat verilmədiyini nəzərə çatdırıb.

Görüş zamanı Vətən müharibəsi nəticəsində artıq işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparıldığı qeyd olunub. Ombudsman vurğulayıb ki, həmin ərazilərdə mövcud olan minalar bu prosesə, xüsusilə də məcburi köçkünlərin həmin bölgələrə qayıdaraq məskunlaşmasına ciddi maneə yaradır. Ombudsman Ermənistan tərəfinin basdırdığı minaların xəritələrini təqdim etməməsi nəticəsində mina partlayışlarının çoxsaylı azərbaycanlıların həlak olması və yaralanmasına səbəb olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, bu sahədə beynəlxalq ictimaiyyətin dəstəyi və mina xəritələrinin verilməsi ilə bağlı çağırışlar xüsusi əhəmiyyət daşıyır.

Öz növbəsində İ. İotova Ombudsmana ətraflı məlumata görə təşəkkürünü bildirib. O, qarşılıqlı əlaqələrin inkişafı baxımından Azərbaycan Ombudsman Aparatı ilə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyası arasında Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR

Evində modem olanların NƏZƏRİNƏ: Dərhal bunu edin, yoxsa… – VİDEO

Evlərimizdə səssiz şəkildə işləyən köhnə və yenilənməmiş internet yönləndiriciləri (router) kibercinayətkarlar üçün cəlbedici hədəflərə çevrilir. Bu barədə ABŞ ...

Ərdoğan Trampa təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman və ...

“iPhone 17” bu tarixdə satışa çıxarılacaq

“Apple” 2025-ci ildə təqdim edəcəyi yeni nəsil “iPhone 17” modeli ilə texnologiya dünyasının diqqət mərkəzinə düşməyə hazırlaşır. Şirkət...

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...