Logo

“Prezidentin Anım Günündə səsləndirdiyi fikirlər...” – Deputatdan açıqlama

“Prezidentin Anım Günündə səsləndirdiyi fikirlər...” – Deputatdan açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Prezidentin xalqa müraciəti qüdrətimizin Ali Baş Komandanın dilindən tərənnümü ilə yanaşı, Azərbaycan xalqının iradəsinin, gücünün erməni faşizminin təxribatlarının qarşısını hər zaman almağa qadir olduğunun ifadəsidir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsinin başlanmasının ildönümü, Anım Günü münasibətilə xalqa müraciətini dəyərləndirərkən, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib:

"Cənab Prezident 27 sentyabr Anım Günü münasibətilə xalqa müraciətində vacib məqamlara toxundu. Burada Prezident Ermənistanın növbəti təxribatları, xalqımıza qarşı cinayətlərinin qarşısını almaq və onlara cavab vermək məqsədilə əks-hücum əməliyyatlarına başladıqlarını vurğuladı. Hansı ki qısa zamanda Ermənistan ordusuna ciddi zərbələr endirildi. Dövlət başçısı çıxışında Vətən müharibəsi öncəsi Ermənistanın davranışlarına toxunaraq, onun ölkəmizə qarşı təxribatları intensivləşdirməsi, hərbçilər və mülki əhalimiz arasında itkilərin olmasından bəhs etdi. Amma Azərbaycan xalqı Ermənistanın bu təxribatlarından əsla sarsılmadı, öz irədəsini nümayiş etdirərək, Vətən müharibəsində qələbə qazandı”.

Deputat bildirib ki, Prezident çıxışında dünya ölkələrinə də olduqca sərt və qəti mesajını ünvanlayıb: "Qeyd etdi ki, kimlərsə öz ərazilərində "Dağlıq Qarabağ” adında hansısa dövlət yaratmaq istəyirsə, ona etiraz etmirik, onu tanımağa da hazırıq. Amma Azərbaycan torpaqlarında heç vaxt belə hal baş verməyəcək. Ölkə Prezidentinin Anım Günündə səsləndirdiyi fikirlər təbii ki, indiki reallıqlarla tam uzlaşır. Son dövrlər erməni havadarları tərəfindən qondarma rejimin statusu məsələsinin ATƏT-in Minsk qrupu formatına qaytarılması ətrafında məsələ yenidən aktuallaşdırılmaqdadır. Prezident məsələ ilə bağlı Azərbaycan dövləti və xalqının iradəsini bəyan edərək qeyd etdi ki, bu istiqamətdə heç zaman öz mövqeyimizdən geri çəkilməyəcəyik. Azərbaycan Prezidenti "dəmir yumruğ”un yerində olduğunu bir daha vurğuladı”.

Həmsöhbətimizin fikrincə, dövlət başçısının çıxışda diqqəti cəlb edən başlıca məqam isə onun Dağlıq Qarabağ adında ərazinin olmadığını vurğulaması və Azərbaycan ərazisində belə bir adda hansısa statusdan danışmamağı məsləhət görməsi oldu:

"O, Azərbaycanın buna cavabının qəti və sərt olacağını bildirdi. Prezident xüsusi olaraq qeyd etdi ki, bundan sonra da Azərbaycana qarşı təhlükə yaranarsa, növbəti dəfə erməni faşizminin başını əzəcəyik. Azərbaycan Cənubi Qafqaza mühüm töhvə verib, erməni separatizmini məhv etdi. Bütövlükdə, Prezidentin səsləndirdiyi fikirlərdən belə qənaətə gəlirik ki, bununla Azərbaycan regionun təhlükəsizliyinin təminatı istiqamətində mühüm addım atdı”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR