Logo

“GUAM-ın yaşaması üçün pul lazımdır...” - Politoloq

“GUAM-ın yaşaması üçün pul lazımdır...” - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"GUAM-ın fəaliyyəti, inkişafı üçün ciddi maliyyəyə ehtiyac var. Əvvəllər bu maliyyəni ABŞ tənzimləyirdisə, indiki vəziyyətdə düşünmürəm ki, Vaşinqton bunu edəcək durumdadır. Ona görə də GUAM-ın böyük perspektivinə inanmıram”.

Bu sözləri Sfera.az-a açıqlamasında son illər fəaliyyəti həddən artıq zəifləyən GUAM-ın gələcək perspektivindən danışarkən, politoloq Natiq Miri deyib:

"GUAM elə də ciddi təşkilat deyil. Qərb dünyasının patronajlığı ilə yaradılan qurumdur. Qurumu Rusiyaya qarşı olan ölkələrin birliyi kimi də dəyərləndirmək olar. Maraqlıdır ki, quruma üzv ölkələrinin hər biri ərazi bütövlüyü problemilə üzləşib. Onu da bu ölkələr üçün yaradan Rusiyadır”.

Politoloqun fikrincə, Qərbin marağı tez-tez dəyişdiyindən belə vəziyyət onun patronajlığı altında yaradılan belə qurumların fəaliyyətinə də təsirsiz ötüşmür:

"ABŞ tək GUAM-ı deyil, özünün bir sıra müttəfiqlərini də yarı yolda buraxaraq qaçıb. GUAM bir ara fəaliyyətsiz olmaqla ortada göründü. Batumi bəyannaməsindən sonra yenidən toparlanmağa başlayıb. Bakı isə Xarici İşlər naziri Ceyhun Bayramovun timsalında GUAM-da iştirakını və qurumun Azərbaycanın marağına uyğun olduğunu bəyan edib. Bu platforma Azərbaycan üçün sərfəlidir. Çünki orada iştirak edən bütün dövlətlərdə Rusiyanın yaratdığı ərazi bütövlüyü problemi yaşanır”.

Elçin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR