Əli Əliyev Baş Prokurorluğa çağırılmasından danışdı

Əli Əliyev Baş Prokurorluğa çağırılmasından danışdı
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ötən gün Baş Prokurorluğa dəvət edilməsindən və ona qarşı irəli sürülmüş ifadələrdən danışıb.

Sfera.az xəbər verir ki, partiya sədri "Osmanqızı TV” yutub kanalında bildirib ki, Baş Prokurorluğa çağırılmağı çox güman ki, onun apardığı siyasi işlə bağlıdır:

"Mən əslində münasibətin bu səviyyəyə çatacağını gözləyirdim. Hakimiyyət son iki ildə bütün vasitələrdən bizə qarşı istifadə etməyə çalışır. Bunu müxtəlif formalarda təzahür edib. Bu iki il ərzində mənim iki feysbuk səhifəm oğurlanıb. İşdən çıxarılmağımla bağlı təzyiqlər edilib. 

Hakimiyyət davranışlarımızdakı prinsipiallıqdan narahat olmağa başlayıb. Təxminən 10 gün əvvəl 20-yə yaxın deputat bizə qarşı danışdı. YAP-ın rayon təşkilatları üzərimizə gəldi. Qondarma müxalifətin başçısının əlinə mətn verdilər, o da çıxıb oxudu. Bizə olmazın iftiralar edildi. Bu da həmin prosesin davamıdır. 

Biz hakimiyyətlə sağlam rəqabət şəklində mövcud olmaq istəyirik. Mən dəvət eləmiş tərəfi (Baş Prokurorluq) heç nədə ittiham edə bilmərəm. Onlar vəzifə sahibidir, onlara gələn tapşırıq əsasında bu iş görülüb. Görüşdə öz vəzifələrini icra edirmiş kimi davrandılar. Amma proses bir-birinə həlqəvari bağlı olduğundan buna qədər olan təzyiqlərin davamı kimi qiymətləndiririk. Açıqlama yayılan ifadələrlə razı olmadığımı onların diqqətinə çatdırmışam. Mən hakimiyyəti belə metodlardan əl çəkməyə çağırıram".

Xatırladaq ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin "Youtube” sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələr istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVID-19)  pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib. 

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib. 
 

OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...